Almaniya Bundesliqasının 13-cü turunda "Bayer” üzərində səfər qələbəsi qazanan "Bavariya” (2:1) bir futbolçusunu itirib.
Fanat.Az xəbər verir ki, yarımmüdafiəçi Kinqsli Koman matçın ilk hissəsində zədələnərək əvəzlənib. Tibbi müayinə zamanı Fransa millisinin üzvünün bud əzələsindən xəsarət aldığı müəyyənləşib.
İlkin ehtimala görə, 24 yaşlı oyunçunun zədəsi ciddidir və uzun müddət komandadan ayrı qalacaq. Ancaq yekun qərar müayinənin nəticəsinə əsasən veriləcək.
Fanat.Az