"Zirə" yarımmüdafiəçisi Rəşad Eyyubovla yolları ayırıb.
Fanat.Az klubun rəsmi "Facebook" səhifəsinə istinadən xəbər verir ki, yarımmüdafiəçi ilə müqavilə qarşılıqlı razılaşma əsasında pozulub.
"Qartallar" futbolçuya gələcək karyerasında uğurlar arzulayıb.
Bakı təmsilçisi Eyyubovu cari mövsümün əvvəlində heyətinə qatmışdı.
Qeyd edək ki, "Zirə" daha əvvəl braziliyalı hücumçu Kaio Rangel da Silva və məşqçi Borçe Xristovla vidalaşıb.
Fanat.Az