"Yuventus" "Lion"un niderlandlı hücumçusu Memfis Depayı heyətinə qatmaq istəyir.
Fanat.Az xəbər verir ki, yayda "Barselona"ya keçməyə yaxın olan Depayın İtaliya təmsilçisinə transfer olunmaq ehtimalı barədə informasiyanı "Tuttosport" yayıb.
Mənbə yanvarda böyük ehtimalla, Fransa təmsilçisindən ayrılacaq oyunçunun 5 milyon avroya satılacağını bildirib.
Qeyd edək ki, Depay daha öncə "Barselona"da oynamaq istədiyini dilə gətirmişdi.
Fanat.Az