"Mançester Siti"nin baş məşqçisi Xosep Qvardiola bu qış hücumçu almayacaqlarını bildirib.
Fanat.Az xəbər verir ki, "Sky Sports" ispan çalışdırıcının söylədiklərini belə çatdırıb:
"Məlum böhran üzündən qışda yeni hücumçu ala biləcəyimizi düşünmürəm. Biz bu heyətlə hər oyunda qələbə qazanmağa çalışacağıq. Reallıq belədir ki, hələ istədiyimiz nəticələri qazana bilmirik".
Qeyd edək ki, 23 xalı olan "şəhərlilər" Premyer Liqanın turnir cədvəlində 7-ci yerdə mövqe tutub.
Fanat.Az