Ronaldinyo "Twitter" hesabında anasının koronavirusa yoluxması ilə bağlı paylaşım edib.
Fanat.Az xəbər verir ki, veteran ulduz sosial şəbəkədə belə yazıb:
"Əziz dostlar, anam koronavirusa yoluxub. Hazırda intensiv terapiya şöbəsindədir. Onun tez sağalması üçün mübarizə aparırıq. Öncədən hər birinizə dualarınız və müsbət fikirləriniz üçün təşəkkür edirəm".
Fanat.Az