"Ərzurumspor” rəhbərliyi baş məşqçisi Hüseyin Çimşiri istefaya göndərib.
Fanat.Az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.
Çimşir Superliqa təmsilçisinə dekabrın əvvəlində baş məşqçi təyin olunmuşdu. O, bu komandanı cəmi dörd oyuna çıxarıb. Bu oyunların hamısında məğlub olan Ərzurum klubu 10 qola üzüldüyü halda, rəqib qapılarına yol tapa bilməyib. Son olaraq "Beşiktaş”a 0:4 hesabıyla uduzan komanda yenə çıxış yolunu baş məşqçini istefaya göndərməkdə görüb. Halbuki, klub Çimşirlə 1+1 illik müqavilə imzalamışdı.
Xatırladaq ki, "Ərzurumspor” bu mövsümə Mehmet Özdilekin rəhbərliyi altında başlamışdı. O, sözügedən komandanı bu ilin mart ayından çalışdırırdı.
"Ərzurumspor” bu mövsüm Superliqada keçirdiyi 13 oyunda cəmi 9 xal toplayıb və 21 kollektiv arasında sonuncu pillədə qərarlaşıb.
Fanat.Az