10:20 23.12.2020 961

"Mümkünsüz heç nə yoxdur" - Canni De Byazi

"Mənim üçün Azərbaycan millisi ilə irəliyə doğru atılan ən böyük addım qəbul etdiyimiz hədəflərdir. Bu, çox vacibdir. Hazırda komandamızda bir qədər sabitlik var".

Fanat.Az xəbər verir ki, bu fikirləri Azərbaycan millisinin baş məşqçisi Canni De Byazi İrlandiyanın "İndependent" nəşrinə açıqlamasında deyib.

64 yaşlı mütəxəssis rəhbərlik etdiyi komandanın dünya çempionatının seçmə mərhələsindəki şanslarından danışıb: "Böyük hücumçularımız yoxdur. Bu, bizim üçün problemdir. Ancaq heyətimiz yaxşıdır".

İtaliyalı baş məşqçi qrupdakı rəqiblərdən İrlandiya seçməsinə rəhbərlik edən Stiven Kenni haqqında da fikirlərini bölüşüb: "Həmkarım məndən 4 ay əvvəl - aprel ayında işə başlayıb. Bu səbəbdən, o, komandası ilə bir az vaxt keçirib. İrlandiyanın əvvəlki oyunlarda problemi axmaq qollar buraxması idi. Millətlər Liqasının qrupunda Uelsə qarşı yaxşı çıxış etdiniz, yaxşı oynadınız, amma pis qol buraxdınız. Onlara məğlub olsanız da, daha yaxşı oynayan tərəf idiniz. Oyun üslubunuzu bəyənirəm. Matçda qalib gəlmək üçün çox fürsətləriniz oldu, lakin son nöqtəni qoya bilmədiniz".

De Byazi irlandiyalı futbolçuların ölkə xaricində çıxış etdiklərini və bunun üstünlük olduğunu söyləyib: "Sizin "Liverpul" klubunda çıxış edən qapıçınız var. Belə komandada 22 yaşlı qapıçının olması yığma üçün yaxşıdır. Azərbaycanda isə oyunçular yerli çempionatda çıxış edir. İrlandiya millisinin oyunçuları İngiltərədə oynayır. Azərbaycandakı çempionat İngiltərədəki liqalarla müqayisədə daha aşağı səviyyədədir. Texniki səviyyə yaxşıdır, lakin rəqabət azdır".

Təcrübəli baş məşqçi qrupun favoriti hesab edilən Portuqaliya yığması barədə bunları deyib: "Portuqaliya, Serbiya və İrlandiya qrupda güclü üç komandadır. Xəyalımızı gerçəkləşdirmək bizim üçün çox çətin olacaq. Biz bu qrupa beşinci səbətdən düşmüşük. Portuqaliya digərlərindən fərqli keyfiyyətə malikdir. Təkcə Kriştianu Ronaldu yox, Avropanın digər böyük liqalarında oynayan futbolçuları var. Beynəlxalq arenada qol vurmaq asan deyil. Komandanızda Ronaldu yoxdursa, qol vurmaq çətindir. İrlandiya Serbiya ilə birlikdə ikinci yer uğrunda mübarizə aparacaq. Komandanın yeni baş məşqçi ilə yeni uğurlara kökləndiyini bilirəm. Millətlər Liqasındakı son üç oyunu və AVRO-2020-nin seçmə mərhələsindəki matçı izlədim. İngiltərə ilə oyunu da baxdım, İrlandiya yaxşı komandadır".

Mütəxəssis daha əvvəl Azərbaycan millisində baş məşqçi postuna namizəd olan Roy Kin haqqında çox danışmaq istəməyib: "Kin əla və möhtəşəm oyunçu idi. Buna görə də özümü onunla müqayisə etməyəcəyəm".

De Byazi Azərbaycandakı həyatı barədə də fikirlərini bölüşüb: "Mən Bakıda yaşayıram, bura gəlmək və burada yaşamaq mənim üçün vacib idi. Azərbaycanlılar yaxşı insanlardır. Onlar ölkəyə gələn əcnəbilərə qarşı çox mehribandırlar. Bakı gözəl şəhərdir, biz Xəzər dənizinin yanındayıq. Çox gözəl də stadionumuz var". Baş məşqçi son olaraq Albaniya yığmasında işlədiyi dönəmi xatırladıb: "Mən Albaniyada olduğum vaxt çox az adam 2016-cı ildə Fransadakı Avropa çempionatına gedəcəyimizi düşünürdü. Orada da indi olduğum mövqedən başlamışdım. Mümkünsüz heç nə yoxdur".

Qeyd edək ki, Azərbaycan yığması Serbiya, Portuqaliya, Lüksemburq və İrlandiya millisi ilə birlikdə A qrupunda qərarlaşıb. (Report.az)

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

18 May 2025
15:52

Futbol tarixinin ən yaxşı qapıçısı açıqlandı - Buffon 2-ci oldu

15:16

Azərbaycanın stolüstü tennisçiləri Çinə yollandılar

14:43

1-ci Liqa: Son turun oyun cədvəli bilindi

14:26

Azərbaycanın 8 boksçusu 1/4 finala yüksəldi

13:45

"Zirə" büdcəsini açıqladı

13:10

MPL: Son turun oyun cədvəli bəlli oldu

12:48

"Sabah" Rusiyadakı turnirdə 2-ci oldu

12:27

"Üç qol vurduqsa, üç real fürsəti də qaçırdıq" - Füzuli Məmmədov

11:44

37 yaşlı Di Mariya bu kluba keçməyə yaxındır

11:13

"Sportinq" 21-ci dəfə Portuqaliya çempionu oldu

10:47

Şerki "Olimpik Lion"dan gedəcəyini təsdiqlədi

10:23

MPL: "Neftçi" "Səbail"i, "Qarabağ" "Kəpəz"i qəbul edir -YENİLƏNİR

09:48

"O komandanı çalışdırmaq ən böyük məqsədimdir" - Leonardo Bonuççi

09:05

Günün oyunları bu kanallarda - AFİŞA

02:11

Fransa Liqa 1: Kvaratsxeliya qapını bərk çırpdı

01:05

İtaliya A Seriyası: "Atalanta"dan çətin qələbə

17 May 2025
23:57

Türkiyə Super Liqası: "Hatayspor" 3 xalı 5 qolla qazandı

23:39

Almaniya Bundesliqası: Mövsümə yekun vuruldu

23:05

20-ci mükafatçı – “Araz-Naxçıvan”

22:38

"Mançester Siti" İngiltərə Kubokunu qazana bilmədi

22:03

"Son ev oyunumuzda qələbə qazanmaq istəyirdik" - "Sumqayıt"ın məşqçisi

21:36

"Layiqli qələbə qazandıq" - Kurban Berdiyev

21:18

Rəşad Sadıqov "Sabah"la oyunu belə dəyərləndirdi

20:55

Berezutski "Zirə" ilə oyunun nəticəsindən razı qalmayıb

20:33

Yamal sabiq məşqçisinə təşəkkür etdi: "Onsuz bu uğuru qazana bilməzdik"

20:14

"Artıq indidən səbirsizliklə növbəti mövsümü gözləyirəm"

19:39

"Layihəm qəbul olunsa, davam etmək istəyirəm- Elmar Baxşıyev

19:22

Azərbaycan kanoeçisi finişə 3-cü çatdı

18:55

MPL: "Zirə" - "Sabah" oyununda sülh, "Turan Tovuz"dan səfər qələbəsi, "Araz-Naxçıvan" "bürünc"ü təmin etdi

18:04

AMADA stolüstü tennisçilər üçün seminar keçirdi

17:25

Əminə Əliyeva dünya çempionatının finalına yüksəldi

17:14

"Şamaxı"nın braziliyalısı sıradan çıxdı

16:59

"Real Madrid" 60 milyonluq transferini elan etdi - RƏSMİ

16:25

Azərbaycan millisinin Sloveniya toplanışı başa çatdı

15:57

"Real Madrid" braziliyalını argentinalı ilə əvəzləyəcək - Danışıqlar başladı

15:20

Ölkə çempionları bilindi

14:53

Kamerunun əfsanəsi vəfat etdi

14:11

Ronaldu gələn mövsüm Çempionlar Liqasında oynamayacaq

13:30

Amerikalı basketbolçuya ölüm cəzası verilə bilər - SƏBƏB

12:54

Altı boksçumuz beynəlxalq turnirə qələbə ilə başladı

Facebookdan bizi izləməyi unutmayın.
X