"Budweiser" Messinin rekordu (bir klubun heyətində ən çox qol (644) vurmuş futbolçu) ilə əlaqədar olaraq xüsusi seriyalı pivələr hazırlayıb.
Fanat.Az xəbər verir ki, bu içkilər Leonun rekorda gedən yolda məyus etdiyi qolkiperlərə göndərilib. Prinsip sadədi: buraxılan hər qol başına bir pivə. Hər şey dəqiqliyinə kimi nəzərə alınıb. Məsələn, Messi 488-ci qolu Yan Oblakın qapısından keçirib deyə, üzərində "488" yazılmış pivə butulkası sloveniyalıya çatıb. Digərləri də eyni qaydada. Leonun "əsas qurban"ı Dieqo Alvesə 21, Qorka İraisosa 18, İker Kasilyas və Andres Fernandesə isə 17 şüşə pivə göndərilib.
Rüfət Məcid