"Qalatasaray"ın baş məşqçisi Fatih Terim Türkiyə Super Liqasının XII turunda "Fatih Karagümrük"lə matçda qırmızı vərəqə alıb. O, eferi Mustafa Öğretmenoğluna etiraz edib və hakimə qarşı davranışı ilə əlaqədar texniki zonadan kənarlaşdırılıb.
Fanat.Az xəbər verir ki,
Terimə diskvalifikasiyadan əlavə, 55 500 lirə cərimə də kəsilib. Təcrübəli mütəxəssis ötən tur "Göztepe" ilə matçda komandasının sükanı arxasında olmayıb. O, "Trabzonspor", "Antalyaspor", "Konyaspor" və "Gənclərbirliyi" ilə qarşıdakı turun oyunlarında da kənarda qalacaq.
Klub baş məşqçisinə verilən beş oyunluq cəzaya etirazını bildirib.
İstanbul təmsilçisi etirazını rəsmi tvitter hesabından paylaşıb.
Klub 67 yaşlı mütəxəssisin cəzasının ədalətli olmadığını yazıb: "Türkiyə futbolunda çirkin oyunlar oynanılır, qərarın komandamızı çempionluq yarışından uzaqlaşdırmaq üçün məqsədyönlü şəkildə qəbul edildiyi aşkardır. Koronavirus səbəbindən karantin müddəti bitən kimi məşqə çıxmayan hakim oyunumuza təyinat aldı. Sona qədər mübarizəmizi aparacağıq".
Fanat.Az