Koronavirus pandemiyası səbəbindən maliyyə böhranına düşən futbol klubları vəziyyətdən çıxmaq üçün müxtəlif yollara əl atır.
Fanat.Az xəbər verir ki, pandemiyadan əziyyət çəkən Almaniyanın 3-cü liqa təmsilçisi "Dinamo" azarkeşlərini kluba dəstək olmağa çağırıb. Drezden təmsilçisi bu məqsədlə azarkeşsiz oyunlar üçün simvolik biletləri satışa çıxarıb.
Fanatlar klubun çağırışına biganə qalmayıb və "Dinamo"nun "Darmştadt"la kubok oyununa 72 min 112 bilet alıb. Klub sosial media hesabından azarkeşlərinə təşəkkür edib.
Qeyd edək ki, simvolik biletlər 5 avroya satıb. "Dinamo" bu oyundan 360 min 560 avro (təxminən 748 min manat) qazanıb.
Fanat.Az