15:05 25.12.2020 2284

Tanınmış aparıcı: "O gün anladım ki, idmanla məşğul olmaq mənə görə deyil" - FOTOLAR

Radio dinləyicilərinin Lider FM və ANS ÇM-dən tanıdığı Anar İbrahimli son illərdə ANT Azərbaycan kanalında izləyicilərinin önünə çıxır. 

"ANT XƏBƏR" informasiya proqramının aparıcısı olan Anar Fanat.Az oxucularına idmana olan marağından danışıb:

"Həmyaşıdlarım kimi mənim də futbolla tanışlığım 2002-ci ildə keçirilən dünya çempionatı zamanına təsadüf edir. Həmin vaxtlar futbolun bir başqa həyəcanı vardı. Nə yalan deyim, indi istəsək də, futbola baxıb o illərin həyəcanını hiss edə bilmirik. Dünya çempionatından sonra Türkiyə millisinə marağım artdı. Yadımdadır ki, ondan sonra bu ölkənin "Fənərbağça" klubuna qarşı simpatiyam yarandı. Bir müddət Super Liqanın oyunlarını izlədim. Ancaq sonradan universitet, radio, iş-gücə baş qarışdı deyə futboldan uzaq düşdüm". 

Anar İbrahimli bir müddət idmanla məşğul olmaq niyyətində olduğunu bildirib: "Bir ara həvəsə düşdüm ki, idmanla məşğul olum. Evdən məni yazdırdılar. Ancaq bir gün çəkmədi (gülür)... Elə o gün anladım ki, idmanla məşğul olmaq mənə görə deyil. Sonradan da elə arzusunda olduğum, TV və radio aparıcılığı arzumun arxasınca getdim". 

Tanınmış aparıcı son illərdə futbola marağının yenidən yarandığı da qeyd edib: "Mühitim daha çox radio və TV çalışanlarından ibarət olub. Ancaq idman aləmindən də iki yaxın dostum var. Bunlardan biri Röya sən və Daşqın Əzizdir. Elə fürsət varkən, "Vətən müharibəsi"ndə qazi olan igidimizə buradan salamlar yollayıram. Uzun illər sonra sayənizdə ötən il futbol matçı izlədim. Bir tərəfimdə qatı "Çelsi" azarkeşi Daşqın, digər tərəfimdə "Liverpul"u dəstəkləyən səninlə çox həyəcanlı çəkişmənin şahidi oldum. O an həm çox əyləncəli idi, həm də illər əvvəlki futbol marağım yenidən alovlanmışdı. Hətta o qədər marağım yaranmışdı ki, ölkəmizdə keçiriləcək futbol yarışlarına da gedib izləməyi planlaşdırmışdım. Lakin məlum məsələdir ki, koronavirus pandemiyası səbəbindən stadionlara getməyi ertələməli oldum. Ancaq bu müddətdə aparıcısı olduğum"ANT XƏBƏR" informasiya proqramında futbola aid xəbərləri maraqla hazırlayıram. Onu da qeyd edim ki, Cənubi Azərbaycan təmsilçisi "Traktor"un qələbələri bu aralar məndə böyük həyəcan hissi yaradır, deyəsən "Traktor" azarkeşliyi yaranır içimdə. Ümid edirəm ki, bütün dünyanı bürüyən bu koronavirus dəhşəti sovrulduqdan sonra mən də futbol yarışlarını gedib canlı izləyib, azarkeşlərin o həyəcanını hiss edərəm. Çünki gördüyüm qədərilə futbol həqiqətən də bir başqa dünyadır". 

Röya Kərimli
Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

07 İyul 2025
12:15

Asim Xudiyev Konfrans Liqasına təyinat aldı

11:56

Balotelli bu iki klubdan birində oynayacaq - SON DURUM

11:37

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

11:18

"Mançester Yunayted" kolumbiyalı yarımmüdafiəçiyə elçi düşdü

10:59

"Qarabağ" Avstriyada ilk oyununa çıxır

10:40

Ançelotti "Qızıl top"a layiq olan, amma onu qazanmayan futbolçunun adını açıqladı

10:21

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

10:03

Azərbaycan və Özbəkistan dünya çempionatına birgə ev sahibliyi üçün namizədliklərini irəli sürdülər - RƏSMİ

09:46

KONKAKAF kubokunun qalibi bilindi

09:25

Yadullayev oğlunu yeni baş məşqçisi olduğu komandaya apardı

09:00

Deku DÇ-2026-nın iki əsas favoritini açıqladı

00:31

Azərbaycan yığması AÇ-də 2-ci oldu

00:14

Azərbaycan güləşçiləri son gündə 3 medal qazandılar

06 İyul 2025
23:44

Azərbaycan yığması Andorraya uduzdu

23:02

Azərbaycan cüdoçusu Avropa Kubokunda gümüş medal qazandı

22:53

Con Duran "Fənərbağça"da - RƏSMİ

22:22

U-18 Litvaya uduzdu

21:48

Böyük Britaniya Qran-prisinin qalibi bəlli oldu

21:09

İngiltərə nəhəngi "Botafoqo"nun qapıçısını alır

20:19

"Şamaxı"ı heyətinə portuqaliyalı futbolçu qatdı - RƏSMİ

19:57

Belçika millisinin üzvü "Brayton"da - RƏSMİ

19:10

Ronaldu "Əl-Nəsr"ə bu hücumçunu almağı məsləhət gördü

18:52

"Arsenal" Dyökereş üçün daha bir təklif göndərdi - SON DURUM

18:29

Klublararası DÇ-də biletlər 36 dəfə ucuzlaşdı

17:50

"Araz-Naxçıvan" 9 oyunçusu ilə yollarını ayırdı

17:25

PSJ-nin sabiq baş məşqçisi Səudiyyə Ərəbistanı klubunda - RƏSMİ

16:45

Cokoviç 100-ə çatdı

16:16

"Liverpul" mövsümöncəsi toplanışını ertələdi

15:40

İspaniya millisinin üzvü "Arsenal"da - RƏSMİ

15:07

"Portu" italiyalı mütəxəssisə tapşırıldı -RƏSMİ

14:49

"Araz-Naxçıvan"ın rəqibi yenə uduzdu

14:22

Kipyeqon dünya rekordunu yenilədi

13:55

"Bir gün mütləq qayıdacam" - Joau Feliks

13:24

İngiltərə nəhəngi Lükebanı bu qiymətə almaq istəyir

12:53

"Bayern Münhen"in ulduzu bu gün əməliyyat ediləcək

12:18

MY Nkunkuya görə "Çelsi"yə milyonlar ödəməyə hazırdır -MƏBLƏĞ

11:53

Messi Anrinin uğurunu təkrarladı

11:23

Hələ tarixdə "Real" kimisi olmamışdı

10:11

"İnanıram ki, bu yol bizi uğura aparır" - Letiç "Sabah"ın toplanışını dəyərləndirdi

09:38

"Biz növbəti mərhələyə elə köklənmişdik ki..." -Tomas Müller

Facebookdan bizi izləməyi unutmayın.
X