"Liverpul"un yarımmüdafiəçisi Jorjinyo Veynaldum bu həftə gələcəyi ilə bağlı yekun qərarını verəcək.
Fanat.Az Sky Sports-a istinadən xəbər verir ki, 30 yaşlı oyunçu gələn ilin yayında bitəcək müqaviləsinin müddətini uzatmasa, yanvar ayında başqa klublarla danışıqlara başlaya bilər. "Barselona"nın baş məşqçisi Ronald Kumanın Kataloniya klubuna səslədiyi niderlandlı ona yeni müqavilə təklif edən "Liverpul" rəhbərliyindən bir həftə vaxt istəyib.
Qeyd edək ki, Niderland millisində həmyerlisi Kumanın rəhbərliyi altında oynamış Veynaldum 2016-cı ildən "Liverpul"dadır. Bu mövsüm İngiltərə Premyer Liqasında 15 oyuna çıxan Jorjinyo 1 qol vurub.
Fanat.Az

Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol