Türkiyənin "Qalatasaray” komandasının futbolçusu Omar Elabdellaoui Yeni ili qeyd edərkən əlindəki fişəngin partlaması nəticəsində yaralanıb.
Fanat.Az xəbər verir ki, 29 yaşlı norveçli futbolçunun həyati təhlükəsi olmasa da, görmə qabiliyyətini itirə biləcəyi iddia olunur. Xəstəxanaya yerləşdirilən futbolçunun üzündə yanıq xəsarətləri var və gözlərinə dəyən ziyan müayinələrdən sonra bilinəcək.
"Qalatasaray"ın vitse-prezidenti Abdurrahim Albayrak Omarın vəziyyəti ilə bağlı açıqlama verib: "Dəqiq diaqnoz qoymaq üçün gözləri yuyulacaq. Həkimlər mümkün olan hər şeyi edir. Gözləri yuyulduqdan sonra hər şey bilinəcək. Hazırda danışa bilir, həkimlərin suallarına cavab verir".