"Bavariya"dan ayrılacağı gözlənilən David Alaba "Barselona"ya keçməyəcək.
Fanat.Az "Marca"ya istinadən xəbər verir ki, 28 yaşlı müdafiəçini heyətə qatmaq istəyən Kataloniya klubunun rəsmiləri onun agenti Pini Zahavi ilə danışandan sonra fikrindən daşınıb. Zahavinin ortaya qoyduğu şərtlər "Barsa"nı qane etmədiyindən danışıqlar dayandırılıb.
Qeyd edək ki, Alabanın adı "Real", "Mançester Yunayted"lə də yanaşı çəkilir.
Fanat.Az