Futbol üzrə İngiltərə Liqa Kubokunda daha bir finalçı müəyyənləşib.
Fanat.Az xəbər verir ki, ikinci yarımfinal görüşündə "Mançester Siti" "Old Trafford" stadionundakı səfər oyununda "Mançester "Yunayted" üzərində inamlı qələbə qazanıb - 2:0. Hesabı 50-ci dəqiqədə Con Stouns açıb. 83-cü dəqiqədə isə Fernandinyo yekun nəticəni müəyyənləşdirib.
Finalda "Mançester Siti" "Tottenhem"lə üz-üzə gələcək.
Bununla da "Mançester Siti" Liqa Kubokunda ardıcıl dördüncü dəfə finala yüksələn ikinci komanda olub. "Şəhərlilər" bunu yarımfinalda "Mançester Yunayted"i 2:0 hesabı ilə məğlub edərək bacarıb. 1981-1984-cü illərdə "Liverpul" eyni turnirin finalında oynayıb.