Kamerun millisinin sabiq hücumçusu Samuel Eto’О "Tottenhem"in çalışdırıcısı Joze Mourinyunu "Mançester Siti"nin baş məşqçisi Xosep Qvardiola ilə müqayisə edib.
Fanat.Az xəbər verir ki, "Sport Bible" onun sözlərini belə çatdırıb:
"Hansının daha yaxşı olduğunu deyə bilmərəm. Məsələ üslubdadır. Hərəsinin öz fəlsəfəsi, öz yanaşma metodu var. Mənim üçün Mourinyunun üslubu Pepin üslubundan daha yaxşıdır. Amma Pep də top məşqçidir. Məncə, dünyada heç bir məşqçi Joze kimi motivasiya verə, komandanı oyuna kökləyə, bir futbolçudan bacardığının ən yaxşısını ala bilməz. Mənim üçün Mourinyunun rəhbərliyi altında etdiyim trebl xüsusidir".
Eto "Barselona"da Qvardiolanın rəhbərliyi altında 2008/2009 mövsümündə çıxış edib. Həmin mövsüm Kataloniya təmsilçisi trebllə yadda qalıb. Ardından Mourinyunun çalışdırdığı "İnter"ə yollanan afrikalı forvard eyni uğura İtaliya təmsilçisində də imza atıb.
Fanat.Az