UEFA rəsmi "Twitter" səhifəsində səsverməyə başlayıb.
Fanat.Az xəbər verir ki, sorğuda Çempionlar Liqasında (ÇL) oynamış Afrikanın 4 əfsanəvi futbolçusu yer alıb.
Onların arasında "Səbail"in sabiq futbolçusu Maykl Essyen də var. Hazırda Danimarkanın "Norşellan" klubunda işləyən 39 yaşlı mütəxəssis Afrikanın Avropa Çempionlar Liqasında oynamış ən yaxşı oyunçusu nominasiyasında Samuel Eto O, Didye Droqba, Nvankvo Kanu ilə mübarizə aparır.
Qeyd edək ki, Maykl Essyen 2011/12 mövsümündə İngiltərənin "Çelsi" klubu ilə Çempionlar Liqasının qalibi olub. Qanalı keçmiş yarımmüdafiəçi 2007/2008 mövsümündə eyni komanda ilə gümüş medal əldə edib.