Böyükağa Hacıyevi baş məşqçi postuna qaytarmaq niyyətində olsa da, bu barədə açıqlama verməyə tələsməyən "Neftçi"nin məşqçilər korpusu müəyyənləşib. Fanat.az xəbər verir ki, baş məşqçiyə kömək edəcək heyətdə dəyişikliklər var.
Futbol11.az saytının məlumatına görə, Samir Əliyev "Neftçi"nin A komandasına cəlb edilib. Milli komandamızın sabiq hücumçusu əvəzedici heyətdən əsas komandaya gələrək Böyükağa Hacıyevin köməkçisi olub. Onunla yanaşı, Bəxtiyar Musayev də geri dönüb. Fiziki hazırlıq üzrə məşqçi Ruben Selles (İspaniya) və qapıçılarla işləyən məşqçi Neboyşa Manoyloviç (Serbiya) komandada saxlanılıb.
Samir Əliyevin əsas komandaya keçidindən sonra əvəzedici komandada boş qalan məşqçi postu da doldurulub. Belə ki, Asim İbrahimova paytaxt klubuna dönən Kamal Quliyev kömək edəcək. Görünür, Bəxtiyar Musayevi geri qaytaran Bööyükağa Hacıyev Tərlan Əhmədovun komandasında yer almış Kamal Quliyevi yanında görmək istəməyib.
Fanat.az