13:52 21.01.2021 1649

Millilikdən uzaq milli

NİHAT AĞASOY
 
Odlar yurdu tolerantlıq nümunəsidi. Rusiyadan, Fransadan, ABŞ-dan, Almaniyadan daha tolerant! Hələ sevgili Vətənimdə bir azərbaycanlının bir rusu "sarıqulaq" çağırdığını, ya bir afrikalını irqi ayrı-seçkiliyə məruz qoyduğunu görməmişəm. Məncə, çox yaxşı haldı. Bəlli, irqindən, soyundan, dərisinin rəngindən asılı olmayaraq hamı ulu planetin homo sapiensi - insanıdı. 

Yuxarıdakı giriş ümumi reallığı xatırlatmaq üçündü. Həyatda elə sahələr var ki, milli və mental dəyərləri ön plana keçirmədən o sahələrdə hər hansı irəliləyişə nail olmaq qeyri-mümkündü. Milli futbol federasiyalarında da belədi. Xalqı, dövləti təmsil edən futbol yığmalarına birbaşa cavabdeh qurumdan danışırıqsa,əlavə şərhə ehtiyac qalmır. Şübhəsiz, yaxşı futbolçu olmaq hər şeydən öncə bacarıq və peşəkarlıq tələb edilir. Amma yaxşı milli futbolçu idman şərəfini qoruduğu ölkənin himnini, bayrağını sevməli, milli dəyərlərinə sayğı duymalıdı.

İllərdi xərclənən milyonlar fonunda ciddi anlamda heç nə edə bilməyən AFFA idarəçilərinin ən dərin dərdlərindən biri qeyri-milli strategiyadı. İcraçı vitse-prezident Elxan Məmmədovun və digər vitse-prezidentlərin öz aralarında yalnız rusca danışdığı acı həqiqətdi. Mamedovun ölkə klublarında rəhbər vəzifələrdə möhkəmləndirdiyi adamları da onun bütün zənglərinə "da, Elxan mualim" deyə cavab verir…

Yığmamız reytinq sıralamsında uzun müddətdi, "yüzlük”dən kənardadı. On il öncə olduğu mövqe AFFA-dakı idman qanqsterlərinin fəaliyyəti sayəsində əlçatmaza çevrilib. Qutsal Vətən savaşından sonra "burda ermənilərlə dostluq edirik” deyən İradə adlı qadının Anqola vətəndaşından dünyaya gətirdiyi oğlu Eddi İsrafilov başda olmaqla, heç bir qeyri-azərbaycanlı ölkənin millisində oynamalı deyil. Afrikalıdan törəmiş Eddinin anası azərbaycanlı olsa da, sözügedən futbolçuda mental dəyərlərlə hər hansı bağlılıq yoxdu. Koronavirus pandemiyası dönəmində qaçıb gizlənən, millinin oyunlarına gəlmək istəməyən eddilərlə hər hansı uğura ümid etmək sadəcə, gülüncdü. Oxşar fikirləri Dmitri Nazarov və digər qeyri-azərbaycanlılar haqda da səsləndirmək olar. 

Azərbaycan böyük futbol ölkəsi deyil. Sevgili Vətənimizin milli komandasının bu idman növündə hər hansı nailiyyətə imza atmasını arzulayırıqsa, milli dəyərlərin ön plana çıxmasını təmin etməliyik. Davamlı fiaskolardan nəticə çıxarmaq əvəzinə indi də yığmaya yeni dağıstanlılar - dibirhaciyevlər calamağa hazırlaşan Elxan Məmmədovun bildiyini etməsinə imkan verməməliyik. Hə, futbol təsərrüfatında kök atmış, təkəbbürlü, özünü hamıdan ağıllı sayan adamı milli dəyərlərə sayğı duymağa səsləmək və buna nail olmaq asan məsələ deyil. Ancaq başqa yol da yoxdu. Hər şey milliləşmədən başlamalıdı. Nə vaxt başlayacağını, muzdlu tərəfdar ordusu formalaşdıran Məmmədovun kimin mənəvi şapalağından sonra önəmli məqamı nəzərə alacağını dəqiq söyləməyə çətinlik çəkirəm. Bildiyim budu ki, futbol ictimaiyyətinin şərəf hissini itirməyən bütün nümayəndələri ana problem gündəmdə saxlamalı, yığmanın düşdüyü quyudan çıxmasına yardımçı olmalıdı. Qanıyla, canıyla, döyüş ruhuyla AZƏRBAYCANA bənzəməyən seçmədən MİLLİ olmaz.
Redexphoto
Oxşar xəbərlər

phrase_var_core.lent

11 phrase_var_core.may 2025
18:46

MPL: "Kəpəz" "Sumqayıt"a qalib gəlir - YENİLƏNİR

18:26

"Lill"in hücumçusu İtaliya klubuna keçir - Danışıqlar başladı

17:41

Bellingem əməliyyat olunacaq

17:26

Almaniyada elitanı tərk edəcək daha bir komanda bəlli oldu

16:54

Ançelottinin Braziliya millisindəki rekord maaşı da bilindi, irəli sürdüyü şərtlər də

16:11

"Sevilya"nın fanatları bazaya hücum çəkdilər

15:46

Azərbaycan parapauerliftinqçisi Dünya Kubokunda 2 qızıl medal qazandı

15:27

"İnter" 2 futbolçusu ilə vidalaşır - ADLAR

14:50

"Peşəkar inkişafıma ən çox kömək edən..." - Lionel Messi açıqladı

14:13

Emil oynadı, komandası səfərdə qazandı

13:44

Vüsaldan assist, komandası pley-offda, Coşqun isə...

13:24

Azərbaycan karateçilərindən dünya çempionatında 4 medal

12:55

"Qarabağ" 10 pillə irəlilədi, "Sabah" 26

12:21

"Barselona" zədəli oyunçularının sıraya döndüyünü açıqladı

11:59

Sörlotun etdiyini indiyədək bacaran olmamışdı - Tarixi rekord

11:26

"Bayern Münhen" Almaniya yığmasının üzvü ilə danışıqlara başladı

10:57

"Real" Fransa millisinin futbolçusunu alır - SON DURUM

10:22

ABL: Bu gün final seriyasında 5-ci oyun keçiriləcək

09:00

Günün oyunları bu kanallarda - AFİŞA

02:24

Liqa 1: PSJ 3 xalı 4 qolla qazandı

02:09

İtaliya A Seriyası: "Yuventus" son dəqiqə qolu ilə yıxıldı

01:50

İspaniya La Liqası: "Atletiko" qələbəni darmadağınla qazandı

00:53

Türkiyə Super Liqası: "Qalatasaray" Trabzon səfərindən 3 xalla ayrıldı

00:31

Almaniya Bundesliqası: "Bayern Münhen"dən inamlı qələbə

10 phrase_var_core.may 2025
23:56

İPL: “Mançester Siti” "Sauthempton"la bacarmadı

23:11

İki komandanın Bundesliqanı tərk etməsi dəqiqləşdi

22:30

"Azarkeşlərimizin qarşısında utanırıq"- Kurban Berdiyev

22:06

"Hədəfi qalmayan komandanın futbolçularına motivasiya vermək çox çətindir" - Samir Abasov

21:45

"İmişli" klubu bəyanat yaydı

21:23

MPL: "Zirə" də səfərdə sevindi, "Neftçi" də

20:48

Rəşad Sadıqov "Səbail"ə qalib gəldikləri oyunu belə dəyərləndirdi

20:24

"Xoşbəxtəm, "B" kateqoriyam ola-ola, ağır yükü mənə verdilər" - Elvin Məmmədov

19:55

Renat Dadaşov oynadı, komandası qələbə həsrətinə son qoydu

19:20

Dadaşova Gürcüstanda medal qazandı

18:51

Bakıda “Zəfər Kuboku” başladı

18:20

Arne Slot Aleksandr-Arnolda əvəzləyici tapdı

17:56

"Sumqayıt" "Kəpəz"lə oyuna itkilərlə çıxacaq - AÇIQLAMA

17:13

Avropa kuboku: İlk gündə 1 qızıl, 1 gümüş, 1 bürünc medal qazanıldı

16:47

Səlcuk İnan klubsuz qaldı

16:22

Azərbaycan liqalarında “Ayın qolu”nun qalibləri müəyyənləşdi

phrase_var_core.fb
X