İtaliya A Seriyasının XX turunda "Roma" doğma meydanda "Spezia"nı sınağa çəkib.
Fanat.Az xəbər verir ki, oyun meydan sahblərinini 4:3 hesablı qələbəsi ilə yekunlaşıb. "Roma"nın qollarına Borya Mayoral (2), Rik Karsdorp və Lorenzo Pelleqrini imza atıb. "Spezia"nın heyətində isə Roberto Pikkoli, Dieqo Farias və Daniele Verde fərqlənib.
Qeyd edək ki, bu qələbə ilə xalını 37-yə yüksəldən "Roma" turnir cədvəlinin 3-cü pilləsində qərarlaşıb. "Spezia" isə 18 xalla 14-cü yeri tutur.