Türkiyə Super Liqasında XX turun oyunları keçirilir.
Fanat.Az xəbər verir ki, "Qalatasaray" bu gün "Yeni Malatyaspor"un qonağı olub.
Oyun qonaqların 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. "Qalatasaray"a 3 xal qazandıran qola 88-ci dəqiqədə Rayan Babel imza atıb.
Qeyd edək ki, "Qalatasaray" 20 oyundan sonra 39 xalla "Fənərbacça" ilə (19 oyun) 2-3-cü pillələri bölüşür.