Şahin Diniyevin istefasından sonra "Rəvan"dan ayrılmaq qərarına gələn Rəşad Abdullayevin yeni iş yeri müəyyənləşib. Fanat.az xəbər verir ki, karyerasını paytaxtın digər təmsilçisi AZAL-da davam etdirəcək.
Artıq Rəşad yeni klubu ilə müqavilə imzalayıb. Anlaşmaya əsasən Abdullayev 1,5 il "təyyarəçilər"in uğurları üçün çalışacaq. "Rəvan"da icarə əsasında çıxış edən yarımmüdafiəçi artıq "Bakı" ilə müqaviləsini də pozub.
Qeyd edək ki, Rəşad yayda keçdiyi "Rəvan"da 16 oyun keçirib və 1 qol vurub. O, əvvəllər "Xəzər Universiteti", "Xəzər Lənkəran", "Neftçi" və "Qəbələ"də çıxış edib, milli komandada 10 oyun keçirib.
Fanat.az