Azərbaycan Premyer Liqasının bombardirlər yarışının vahid lideri müəyyənləşib.
Fanat.Az xəbər verir ki, V turdan təxirə salınmış "Səbail"lə oyunda (4:0) dubl edən "Qarabağ"ın hücumçusu Mahir Emreli liderliyə yüksəlib. Qarşılaşmanın 18 və 90+2-ci dəqiqələrində fərqlənən millimizin üzvü bu mövsüm vurduğu qol sayını 10-a yüksəldib.
Bununla da Mahir Emreli bu oyunadək bombardirlər yarışına şərikli liderlik etdiyi "Neftçi"nin futbolçusu Namiq Ələsgərovu geridə qoyub. Onun aktivində 8 qol var.
Qeyd edək ki, Premyer Liqanın ən çox qol vuran futbolçuları siyahısında Filip Ozobiç (Qarabağ) 7, Əli Qurbani (Sumqayıt) və Kvabena Ovusu (Qarabağ) 6, Ağabala Ramazanov (Zirə) və Davit Volkov (Zirə) hərəyə 5 dəfə fərqlənib.