"Zirə” klubu yeni futbolçu ilə anlaşıb.
Fanat.Az klubun rəsmi saytına istinadən xəbər verir ki, Filipe Pahtmanla 6 ay + 3 illik müqavilə imzalanıb.
Ukraynanın "Lvov" klubuna məxsus braziliyalı hücumçu sonradan transfer hüququnun alınması şərti ilə mövsümün sonuna qədər icarəyə götürülüb. 20 yaşlı forvardın transfer hüququ alınacağı halda, onunla bağlanmış 3 illik müqavilə qüvvəyə minəcək.
Qeyd edək ki, 20 yaşlı hücumçu Braziliyanın "İmbituba" klubunun yetirməsidi. O, 2019-cu ildə "Fluminense"nin B komandasından "Lvov"a keçib və bu mövsüm Ukrayna klubunun heyətində 7 oyun keçirib.