Türkiyə Super Liqasında XXI turun oyunları keçirilir.
Fanat.Az xəbər verir ki, "Fənərbağça" bu gecə "Çaykur Rizəspor"u qəbul edib.
Oyun meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə başa çatıb. İstanbul klubu 45+1-ci dəqiqədə Gökhan Akkanın avtoqolu ilə qələbə qazanıb. "Çaykur Rizəspor"dan Bayano Fabrisio 86-cı dəqiqədə qırmızı vərəqə alıb.
Qeyd edək ki, 21 oyunda 45 xal toplayan "Fənərbağça" turnir cədvəlinin ilk pilləsinə yüksəlib. Bir oyun əskiyi olan "Beşiktaş" 44 xalla ikinci, "Qalatasaray" 42 xalla üçüncüdü.