AFFA-nın baş katibi Elxan Məmmədov İsrail Futbol Assosiasiyasının dəvəti ilə İsraildə səfərdədi. Fanat.az xəbər verir ki, səfərin məqsədi İsraildə təşkil olunmuş 21 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının final mərhələsinin yarımfinal oyunlarını izləməkdi.
Baş katib dünən İsrail Futbol Assosiasiyasının prezidenti Avi Luzonla görüşüb və AFFA-nın adından bu turnir münasibətilə təbrik edib. Qeyd edək ki, İFA-nın prezidenti Avi Luzon UEFA İcraiyyə Komitəsinin üzvüdür.
İdman24.az