"Liverpul"un çalışdırıcısı Yürgen Klopp komandasındakı zədə sidnromundan danışıb.
Fanat.Az xəbər verir ki, "Sky Sports" alman mütəxəssisin söylədiklərini belə çatdırıb: "Taleyin bizdən üz döndərdiyini düşünmürük. Zədə amilinin çətinliklər yaratması sadəcə, arzuolunmaz durumdur. Daha öncə heç vaxt belə vəziyyətə düşməmişik. Bütün mərkəz müdafiəçilərinin sıradan çıxması əlavə çətinliklər yaradır. Bəraət axtarmıram, olanı deyirəm. Vəziyyət o qədər qəribədir ki, çempion olsaq, bu, böyük sensasiya sayılacaq".
Qeyd edək ki, "Liverpul" bu axşam İngiltərə Premyer Liqasının 23-cü turu çərçivəsində "Mançester Siti"ni qəbul edəcək.