Türkiyə Super Liqasında XXIV tur davam edir.
Fanat.Az xəbər verir ki, çempionluq mübarizəsi aparan "Beşitkaş” bu gün "Konyaspor”u qəbul edib. Meydan sahibləri 1:0 hesablı qələbə qazanıb. 21-ci dəqiqədə Fabris Nsakala meydandan qovulduğundan azlıqda qalan "Qara Qartal" 81-ci dəqiqədə Valentin Rosyenin qoluna sevinib.
Bununla da turnir cədvəlində üçhakimiyyətlilik yaranıb. Eyni xalla sahib (48) olan İstanbul nəhəngləri liderliyi bölüşür. Top fərqinə görə "Qalatasaray" 1-ci, "Beşiktaş" 2-ci, "Fənərbağça" 3-cü pillədə qərarlaşıb.