Antalyaya təlim-məşq toplanışına yollanan "Neftçi"nin daha bir rəqibi müəyyənləşib. Fanat.az xəbər verir ki, Böyükağa Hacıyev komandanı Ukrayna klubu ilə oyunda sınayacaq.
Belə ki, "Neftçi"nin rəqibi Zaparoje "Metallurq"u olacaq. Yanvarın 15-də də Albaniyanın "Partizani", 3 gün sonra Türkiyənin "Fənərbaxça" klubları ilə qarşılaşacaq "ağ-qaralar" ukraynalılarla ayın 22-də üz-züə gələcək.
Qeyd edək ki, "Metallurq" Ukrayna çempionatının autsayderlərindəndi. Komanda qış fasiləsinə 8 xalla sonuncu pillədə yollanıb.
Fanat.az