Polşalı hücumçu Robert Levandovski növbəti mövsümdə də “Borussiya”da qalacaq. Qol.Az-ın Almaniya mətbuatına istinadən yaydığı xəbərə görə, bu haqda klubun icraçı direktoruHans-Yoahim Vatske bildirib. O qeyd edib ki, Dortmun təmsilçisi Levandovskini saxlamaqla bağlı qəti qərar verib.
“Yeni mövsümdə Levandovski yüz faiz bizim komandada qalacaq” – deyə o vurğulayıb.
Qeyd edək ki, Levandovski ilə “Bavariya”, “Mançester Yunayted” və “Real”ın maraqlandığı, futbolçunun yaxın vaxtlarda bu üç klubdan biri ilə müqavilə imzalayacağı bildirilirdi.