"Barselona"nın gənc hücumçusu Fransisku Trinkan qiyməti 250 min avrodan başlayan "Lamborghini Huracan EVO" avtomobili alıb.
Fanat.Az-ın məlumatına görə, maşının 21 yaşlı futbolçuya çatdırılması barədə "JM Automoción" avtodiller şirkətinin əməkdaşı "Instagram"da belə yazıb:
"Trinkan üçün xüsusi çatdırılma. Bizə inandığına görə təşəkkürlər. Zövq al!"
Xatırladaq ki, bir neçə gün öncə Fransisku İspaniya çempionatının 22-ci turunda "Barselona"nın qələbə qolunu vurub. Bu, "Betis"lə oyunun son dəqiqələrində (3:2) adını tabloya yazdıran portuqaliyalının Kataloniya komandasında vurduğu ilk qol olub.