Madrid "Real"ı rəsmi saytı vasitəsi ilə Marselonun tibbi müayınəsinin nəticələrini açıqlayıb.
Fanat.Az xəbər verir ki, 32 yaşlı ulduz müdafiəçinin sol ayağının kambalayabənzər əzələsində zədə olduğu bildirilib. Braziliyalı futbolçunun bərpa müddəti haqda məlumat verilməyib.
Xatırladaq ki, Marselo İspaniya çempionatının 1-ci turundan təxirə salınmış oyunda - "Xetafe" ilə dünən keçirilən görüşdə xəsarət alıb. Oyun madridlilərin 2:0 hesablı qələbəsi ilə bitib və bu zəfər sayəsində "Real" turnir cədvəlində 2-ci pilləyə yüksəlib.
Fanat.Az