PSJ-nin futbolçusu Neymarla bağlı maraqlı statistika açıqlanıb.
Fanat.Az xəbər verir ki, brazidiyalı futbolçu Rafaella Santos bacısının doğum günlərindən öncə zədə və ya cəza səbəbindən yaşıl meydanlardan kənarda qalaraq, onun üçün keçirdiyi əyləncə məclislərinə qatılır. Bildirilir ki, Neymar son 6 ilin 5-də 11 martdakı doğum günü məclisində iştirak edib.
Neymar Fransa Kubokunun "Kan"la matçında zədələnib. "Sambaçı" 4 həftə yaşıl meydanlardan uzaq qalacaq. O, həmçinin Çempionlar Liqasının "Barselona" ilə oyununda (16 fevral) forma geyinməyəcək.
Neymar 2015, 2016, 2017, 2019 və 2020-ci illərdə də bacısının doğum günlərində zədə və ya cəza səbəbindən yaşıl meydanlardan kənarda qalıb. O, həmin tarixləri Rafaella Santos üçün Braziliyadakı keçirilən əyləncə məclislərində keçirib. Bu dəfə də eyni vəziyyət yaranıb və Neymar 11 mart tarixində vətənində olacaq.
Qeyd edək ki, Neymar PSJ-yə transfer olunandan 191 oyunun 88-ində (46%) oynaya bilməyib.