Dortmund "Borussiya"sının 20 yaşlı hücumçusu Erlinq Holand Çempionlar Liqasının 1/8 final mərhələsinin ilk oyununda dublla yadda qalaraq komandasının "Sevilya" üzərində qazandığı səfər qələbəsində böyük pay sahibi olub.
Fanat.Az xəbər verir ki, o, matçdan sonra belə danışıb: "Oyun yetərincə gərgin və maraqlı alındı. Mbappeyə "sağ ol" demək istəyirəm. Onun dünən "Barselona"nın qapısına vurduğu 3 qolu gördüm və bu, mənə xüsusi motivasiya verdi. "Real" azarkeşləri məni istəyir? Belə şeyləri eşitmək həmişə xoşdur".
Qeyd edək ki, bu mövsüm bütün turnirlərdə "Borussiya" forması ilə 25 oyuna çıxan Holand 27 qol və 7 məhsuldar ötürmə ilə yadda qalıb.
Fanat.Az