Çempionlar Liqasında həftənin ən yaxşı futbolçusu adına namizədlər müəyyənləşib.
Fanat.Az xəbər verir ki, bu barədə UEFA-nın rəsmi saytı məlumat yayıb.
Siyahıda İngiltərə "Liverpul"undan Məhəmməd Salah, Fransa PSJ-sindən Kilian Mbappe, Almaniyanın "Borussiya" (Dortmund) klubundan Erlinq Holann və Portuqaliya "Portu"sundan Serjiu Oliveyra yer alıb.
Qeyd edək ki, qalib UEFA-nın rəsmi saytında azarkeşlər arasındakı səsvermə nəticəsində bəlli olacaq.
Fanat.Az