İngiltərə Premyer Liqasında XXV turun oyunları keçirilir.
Fanat.Az xəbər verir ki, "Tottenhem" bu turda səfərdə "Vest Hem"lə qarşılaşıb. London derbisi meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.
"Vest Hemç"in qollarına Maykl Antonio və Cessi Linqard imza atıb. "Tottenhem"in heyətində isə Lukas fərqlənib.
Qeyd edək ki, Joze Mourinyunun başçılıq etdiyi "Tottenhem" 24 oyundan sonra 36 xalla turnir cədvəlinin 9-cu pilləsində qərarlaşıb. "Vest Hem" isə 25 oyunda 45 xal toplayıb və isə 4-cü yeri tutur.