"Zirə"nin bu qış Ukrayna "Lvov"undan icarəyə götürdüyü Filipe Paxtmannın durumuna aydınlıq gəlib.
Fanat.Az xəbər verir ki, məşqdə zədələnən oyunçunun zədəsi ciddi çıxıb. Müayinə üçün göndərildiyi Türkiyədə əməliyyat olunacaq braziliyalı hücumçu 6 ay bərpa prosesi keçməli olacaq.
Forvardın bu mövsüm "Zirə"yə kömək etməyəcəyi dəqiqdir. Mövcud vəziyyət Filipenin Azərbaycan təmsilçisiylə vaxtından əvvəl vidalaşacağı anlamına gəlir. Tərəflər arasındakı müqaviləyə əsasən braziliyalı 6 aylıq icarə dönəmində özünü yaxşı tərəfdən göstərəcəyi halda, "qartallar" onunla 3 illik anlaşma imzalaya bilərdi.