“Neftçi” PFK bu mövsümdə ilk transferini həyata keçirib. Flaqman braziliyalı müdafiəçi Karlos Alekşandre Kardoso ilə iki il müddətinə müqavilə imzalayıb. 29 yaşlı braziliyalı “Neftçi”də 2 nömrəli formanı geyinəcək.
“Neftçi”nin yeni transferi Kardoso isə klubun rəsmi saytına açıqlamasında bunları deyib: “Bakıya ilk görüşdən heyran qaldım. Bura gəlməzdən öncə “Neftçi” haqda məlumat toplamışdım. Ardıcıl üç mövsüm çempion olan və Çempionlar Liqasında uğurlu çıxış hədəfləyən klubun formasını geyinmək məsuliyyətimi artırır. Mənə başqa klublardan da təkliflər çox idi. Klub prezidenti Sadıq Sadıqovla görüşdüm. Onunla söhbətdən sonra bir daha əmin oldum ki, seçimim doğrudur. Ümid edirəm ki, “Neftçi” bu mövsüm də tarix yazacaq və mən də bu tarixin bir parçası olacağam”.
İdman24.az