15:17 01.03.2021 905

FİFA Kolli ilə bağlı qərarını açıqladı

FIFA "Keşlə”nin paraqvaylı futbolçusu Sezar Meza Kollinin milliləşdirilməsinə icazə verməyib. Buna futbolçunun ardıcıl olaraq 5 il Azərbaycanda yaşamaması səbəb göstərilib.

Düzdü, Meza Kolli ölkəmizdə daha uzun müddət yaşayıb. Lakin Azərbaycana gəldiyi gündən bir neçə klubumuzda oynasa da, zaman-zaman fərqli ölkələrə yollanıb, Rumıniyada legioner həyatı yaşayıb. Bu da qanunla onun milliləşdirilməsinə icazə verilməməsini labüd edir.

Əslində, AFFA və "Keşlə”nin israrı mənasız idi. Hüquqşünaslar səriştəli olsaydı, hətta belə müraciətə gərək olmazdı. Mümkün olmayacaq bir izdivacla bağlı vaxt itirməyə dəyməzdi. Futbolinfo.az olaraq hələ ötən ilin fevralında yazmışdıq ki, Meza Kollinin milliləşdirilməsinə icazə verilsə, öz qanunlarını pozmuş olacaq.

Çünki Sezar Azərbaycanda ilk oyununa 2013-cü il sentyabrın 12-də çıxıb. 2014-ün 14 martına kimi müntəzəm oynayan Meza Kolli ondan sonra itkin düşüb və bir də 2015-in 30 yanvarında meydana çıxıb. 22 may 2015-də "Qarabağ”a qarşı görüşdə 15 dəqiqə "İnter”in formasını tərlədən paraqvaylı yenə yaz və payızda gözə dəyməyib. Bir də 2016-nın yanvarında Azərbaycan çempionatında forma geyən Sezar 15 mayda son matçını keçirib. Yayda "Zirə”yə keçən futbolçu 2016-cı il sentyabrın 25-də debüt edib, 2017-cu il aprelin 29-a kimi müntəzəm oynayıb. Bundan sonra o, yenə yoxa çıxıb, Azərbaycanda olmayıb və 2018-ci il fevralın 11-də "Keşlə”də ilk oyununu keçirib. 2018-ci il mayın 28-də Azərbaycan kubokunu qazanan Meza Kolli yayda avrokubok matçlarından sonra (19 iyul) Rumıniyaya yollanmaqla ölkəmizdəki ardıcıl çıxışını yekunlaşdırıb. 2019-cu ilin mayına kimi "Universitatya”da görünüb və avqustdan yenə "Keşlə”nin düşərgəsindədi. Bundan sonra o, yenə Azərbaycanı tərk edib və müqavilə ilə məxsus olduğu Rumıniya klubuna qayıdıb. "Universitatya” ilə müqaviləsini pozan futbolçu yenidən Bakı klubuna dönüb.

FIFA Nizamnaməsində aşkar yazılır:
Məsələn, Meza Kolli və ya başqa biri Azərbaycanda millisində oynamaq hüququ almaq üçün…
– …Azərbaycanda anadan olmalıdı
– …bioloji atası və ya anası Azərbaycanda anadan olmalıdı
– …babası və ya nənəsi Azərbaycanda anadan olmalıdı
– …18 yaşı tamam olduqdan sonra FASİLƏSİZ OLARAQ ən azı 5 il Azərbaycanda yaşamalıdı
Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsinə nəzər salaq:
III Bölmə/Fəsil 8/Maddə 52-nin "Qeyd”i olaraq açıq-aydın izah olunur. Orada yazılır ki, Azərbaycan Respublikası ərazisində müvəqqəti yaşama müddəti o halda fasiləsiz hesab edilə bilər ki, şəxs 180 gün ərzində 90 gündən çox müddətdə Azərbaycan Respublikasının ərazisindən kənarda olmasın. Amma Sezarda bu tələb dəfələrlə pozulub. O, 2014, 2015 və 2017-ci illərin payızında ölkəmizdə olmayıb. Yalnız 2014-də müqaviləylə "İnter”ə məxsus olub, zədəsli olduğundan meydana çıxmayıb. Digər illərdə isə Meza Kollinin ölkəmizlə hər hansı bağlılığına da rast gəlmirik. Bu səbəbdən onun həmin 6 ay/180 gün ərzində ölkəmizdə yaşaması, 90 gün keçirməsi absurddu. AFFA, klub və ya meneceri əksini iddia edirsə, buyurub, miqrasiya xidmətindən müvafiq arayış təqdim etməlidilər. Oyunçunun ölkəyə giriş-çıxışı vaxtlarına baxmaqla bunu müəyyən etmək mümkündü.

Bütün bu məqamlar Sezarın milliləşdirilməsi mümkün olmayacağı ilə bağlı yazımızdandır. Nəhayət, FIFA bu barədə son qərarı açıqlayıb. Onun Azərbaycan yığmasında oynamasına icazə verilməyib.
 
Mənbə: Futbolinfo.az
Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

05 İyul 2025
21:25

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

20:58

Azərbaycan millisi Avropa çempionatına qələbə ilə başladı

20:23

Bundesliqa klubunda insident: "Pis zarafat"a görə futbolçunu komandadan uzaqlaşdırdılar

19:48

"Turan Tovuz"da 3 yeni təyinat

19:20

Messi "İnter Mayami" ilə bağlı qərarını verdi

18:49

"Kəpəz" növbəti transferini reallaşdırdı

18:17

Daha bir boksçumuz Dünya kubokunda "bürünc"lə kifayətləndi

17:56

Palmer gələcək komanda yoldaşı haqda danışdı - "O, mənim dediyim sözlərin heç birini anlamadı"

17:22

Azərbaycan boksçusu Dünya kubokunda "bürünc" qazandı

16:50

Kayl Uoker sabiq komanda yoldaşının rəhbərliyi altında oynayacaq - RƏSMİ

16:30

"Çelsi"nin baş məşqçisi yarımfinala adlamalarını şərh etdi

15:58

"Liverpul"dan Jotanın ailəsinə jest - 2 il ərzində...

15:12

"Mingəçevir"in baş məşqçisi postundan ayrıldı

14:50

Pokatilov Qazaxıstan və Azərbaycan futbolunu müqayisə etdi - "Kayrat" birinci, "Sabah" ikinci yerdədir"

13:49

"Açıq matç olacaq" - Enrike "Bayern"lə oyundan danışdı

13:06

Həftəsonu oyunlar bu kanallarda - AFİŞA

12:37

"Zirə"nin rəqibi yenə minimal hesablı qələbə qazandı

12:05

"Kəpəz" yeni transferini açıqladı

11:44

Klublararası dünya çempionatı: PSJ "Bayern"ə, "Real" "Borussiya"ya qarşı

10:54

Tanınmış futbolçu kafedə 2 nəfəri döydü - VİDEO

10:20

"Araz-Naxçıvan"da köklü dəyişiklik - 6 legionerini göndərdi

09:58

"Qəbələ" qanalı oyunçu ilə gücləndi

09:35

"Arsenal" gənc ulduzu ilə razılığa gələ bilmədi

09:00

"Çelsi" yarımfinala adladı - Finala vəsiqə də braziliyalılarla dueldən keçəcək

01:08

Klublararası dünya çempionatı: "Fluminense" "Əl-Hilal"ı yenib ilk yarımfinalçı oldu

00:14

Azərbaycan millisi AÇ-yə qələbə ilə başladı

00:00

Ruzanna Avropa çempionu oldu

04 İyul 2025
23:16

"Arsenal" bu ulduzun transferinə milyonlar ayırdı - MƏBLƏĞ

22:58

"Transferlərlə bağlı mən qərar verirəm" - Samir Abasov

22:40

"Real"ın hücumçusu İtaliya nəhənginə keçə bilər

22:36

Azərbaycanın 2 güləşçisi AÇ-nin finalında

22:20

"Dioqunun yoxluğu ilə barışmaq çox çətin olacaq" - Məhəmməd Salah

21:54

"Mançester Yunayted"in 5 futbolçusunun mesajı rəhbərəliyi bu addımı atmağa vadar etdi - SON DURUM

21:17

Ayxan Abbasov Qəbələdə oyunçu seçəcək

20:51

Azər Salahlının yeni klubu bilindi - RƏSMİ

20:13

"Araz-Naxçıvan" Rövşən Hüseynlini və daha 2 yerli oyunçunu heyətinə qatdı - AÇIQLAMA

19:50

"Şamaxı" heyətinə yeni hücumçu qatır

19:18

"İmişli" Bakıda hazırlıq keçəcək

18:44

"Betis" milli üzvü ilə gücləndi - RƏSMİ

18:15

"Qarabağ" qapıçısını Avstriyaya aparmayıb - Klubdan ayrılır

Facebookdan bizi izləməyi unutmayın.
X