"Zirə"nin yeni transferi Fakundo Melivilonun karyerasını Çilidə davam etdirmək ehtimalı olub.
Fanat.Az xəbər verir ki, bu barədə sözügedən ölkənin "chile.as" məlumat yayıb.
Xəbərə görə, 29 yaşlı argentinalı hücumçu paytaxt təmsilçisindən əvvəl "Kokimbo Unido" ilə anlaşıb. Lakin Melivilo tibbi müayinədən keçəcəyi vaxtdan 72 saat əvvəl "Zirə" ilə razılaşdığını bildirib. Nəticədə "Kokimbo Unido"ya keçid baş tutmayıb. Əvəzində forvard Çili klubunda tibbi müayinədən keçməyib.
Qeyd edək ki, "Zirə" Fakundo Melivilo ilə mövsümün sonunadək müqavilə imzalayıb.
Fanat.Az