16:35 10.03.2021 2230

"Topaz"la "Neftçi"nin gizlin Honda anlaşması

Yaponiyanın ulduz futbolçularından olan Keysuke Hondanın "Neftçi”yə gələcəyi ilə bağlı məlumatlar ölkənin futbol camiəsində ciddi müzakirə mövzusuna çevrilib. 35 yaşlı yapon futbolçunun Azərbaycan futboluna hansı töhvələri verə biləcəyi barədə gedən müzakirələrdə səslənən ağlabatan versiyalardan biri də sözügedən "transfer”in reklam xarakterli olacağı ilə bağlıdır.  

Yəni, Hondanın Azərbaycana gəlişi klubla reklam və ya sponsorluq anlaşması olan şirkətlərdən birinin təklifi, dəstəyilə gerçəkləşəcəyi ehtimal olunur. Sonuncu dəfə keçən il Azərbaycan klublarının birinə 15 milyon dollara təklif olunan Hondanın hazırda qiymətinin minimum 7-8 milyon dollar olacağı kimsədə şübhə doğurmur. Bu məbləği isə qarşılamağa Azərbaycanın heç bir klubunun büdcəsi imkan vermir. Məsələn, son illər Avropa liqalarında uğurla çıxış edən Azərbaycan çempionu "Qarabağ”ın illik büdcəsi 15-20 milyon manat civarındadır. Bu büdcə ilə "Qarabağ” "Neftçi” başda olmaqla bütün Azərbaycan klublarını əhəmiyyətli dərəcədə üstələyir. 

Başqa tərəfdən isə Azərbaycan futbolunun bir-neçə ulduzu sonmüş futbolçunu transfer etməsi kimi uğursuz təcrübəsi də ortadadır. Məsələn, Emil Mpenza vaxtı ilə "Neftçi"yə, Azərbaycan futboluna nəsə qazandırdımı? Yaxud Maykl Essyen "Səbail"ə, Azərbaycan futboluna hansı töhvələri verdi? Zamanında ulduz olmuş bu futbolçulara görə azarkeşlər stadionlara axışdımı? "Neftçi", "Səbail" bu futbolçulara görə marketinqdən milyonlar qazandımı? Bu suallara düşünmədən belə, yox cavabı vermək mümkündür. Ona görə də Hondanın "transfer”i haqlı olaraq suallar yaradır.

HİT.Az-a daxil olan məlumatlarda iddia olunur ki, Hondanın "Neftçi”dəki xərclərini dolayısı ilə Azərbaycanda futbol qumarının hələlik əsas fiquru olan "Topaz” qarşılayacaq. Məlumatda qumar şirkətinin sözügedən transferdə maraqlı olmasının səbəbi kimi məşhur totalizatorlarda Azərbaycan futboluna maraq oyatmaqdır. 

Qeyd edək ki, son 2-3 ildə FİFA və UEFA-nın AFFA-ya danışılmış oyunlarla bağlı xəbərdarlıq etməsi nəticəsində 30-a yaxın şəxs ömürlük futboldan uzaqlaşdırılıb. Həmin vaxt xarici və yerli mediada UEFA-nın AFFA-ya birinci dəstə oyunları ilə yanaşı 6 premyer liqa komandasının da adını göndərdiyi və onların oyunlarının araşdırılmasını istədiyi bildirilirdi. Yəni, güclülər dəstəsinin səkkiz təmsilçisindən altısı məhz danışılmış oyunlarda şübhəli bilinirdi. Yayılan məlumatlar fonunda xarici bukmeykerlər Azərbaycan çempionatının oyunlarına şübhə ilə yanaşmağa başlayıb. Sözügedən proses isə ölkədə futbol qumarını monopoliyaya alan "Topaz” sahibləri üçün arzuolunmaz vəziyyət yaratdığından xaricdə Azərbaycan futboluna maraq oyatmaq lazımdır.  Hondanın "Neftçi”yə gətirilməsi fonunda yayılan məlumatlara nüfuzlu mediaların diqqət çəkməsi də xarici kontorlarda Azərbaycan çempionatlarına marağın artmasına hesablanıb. Həmçinin, nüfuzlu xarici kontorlarda Azərbaycan çempionatlarının oyunlarına qoyulan limitlərin artması üçün də çempionatda məşhur adların olması vacib hesab olunur. İddialara görə, bu vasitə ilə "Topaz” şirkəti  Azərbaycan çempioanatının oyunlarına xarici kontorlarda pul qoyub daha böyük məbləğlər qazanmaq istəyir…  

Bu arada futbol cameəsində gəzən söz-söhbətlərə görə, "Neftçi” ilə "Topaz” rəhbərliyi arasında da gizli münasibətlər var. Bu baxımdan, Hondanın transfer xərclərinin "Topaz” tərəfindən qarşılanması barədə deyilənlərin inandırıcılıq əmsalı yüksəlir.

"Topaz”ın marketinq şöbəsinin əməkdaşı Lütfiyə Əliyeva HİT.Az-a açıqlamasında məlumatı təkzib edib. Onun sözlərinə görə, bu barədə məlumatlı deyil: "Xeyr, belə bir şey yoxdur. İlk dəfədir, bu məlumatı sizdən eşidirəm…”

Amma Hondanın özü bu gün Azərbaycandan ona təkliflərin olduğunu təsdiqləyib.
Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

16 May 2025
01:50

La Liqa: "Barselona" derbini qazanaraq 28-ci çempionluğuna qovuşdu

01:33

Benzemalı "Əl-İttihad" sona 2 tur qalmış çempion oldu

15 May 2025
23:57

Azərbaycanın U-18 millisi də B divizionunda yarışacaq

23:20

"Çelsi" baş məşqçisi ilə bağlı qərarını verdi

22:57

Yüksək Liqa: “Araz-Naxçıvan”la “Baku Fire”dən böyükhesablı qələbə

22:18

Konseysau da "Milan"dan gedir, o da - Qərar verildi

21:50

"İmişli"nin "ASCO Arena" istəyi baş tutmadı - AÇIQLAMA

21:11

MPL: 35-ci turun təyinatları açıqlandı

20:52

"Sabah" "Zirə" ilə oyuna 4 itki ilə hazırlaşır - AÇIQLAMA

20:17

"Şamaxı"nın 4 futbolçusu "Araz-Naxçıvan"a qarşı oynamayacaq - AÇIQLAMA

19:50

Portuqaliya Futbol Federasiyası Mourinyu ilə bağlı yayılan xəbərləri yalanladı

19:14

İPL-də mövsümün ən yaxşı futbolçusu kim olacaq? - Namizədlər bəllidir

18:41

1-ci Liqanın qalibi mükafatlandırıldı

18:08

İPL-də mövsümün ən yaxşı məşqçisi adına 5 namizəd var - ADLAR

17:41

Azərbaycan Kubokunun final oyununun biletləri satışa çıxarıldı

17:23

PSJ-nin əsas transfer hədəfi bilindi - Paris təmsilçisi yeni bombardir alır

17:04

Mahir Emreli "Ayntraxt"a qarşı oynaya biləcəkmi? - Kloze açıqladı

16:46

"Bu, yekunda titulun bəzədiyi möhtəşəm mövsüm oldu" - Vinçentso İtalyano

16:28

Azərbaycan badmintonçuları Bolqarıstanda bürünc medal qazandılar

16:10

"Zirə" "Sabah"la oyuna 5 itki ilə çıxacaq - AÇIQLAMA

15:51

Mourinyu milli komandanın "sükanı arxası"na keçir - İDDİA

15:33

Azərbaycanın millisi ilk dəfə B divizionunda mübarizə aparacaq

15:15

UEFA Avropa çempionatını təxirə salır - AÇIQLAMA

14:56

AFFA-da türkiyəli nümayəndələrlə görüş keçirildi

14:38

"Barselona" 8 futbolçu ilə yolları ayırır - ADLAR

14:20

Azərbaycanlı parabadmintonçu Bəhreyndə beynəlxalq turnirə qatıldı

13:52

“Turan Tovuz” Futbol Akademiyasına seçimlər başlayır

13:34

Neymar 1 milyonluq yeni avtomobilini göstərdi - FOTO

13:15

Azərbaycan millisinin üzvü Dünya Kubokunda iştirak edəcək

12:56

La Liqada cəmi iki mövsüm davam gətirdilər

12:37

Stolüstü tennis üzrə ölkə çempionatının ilk qalibləri bilindi

12:19

Hələ "Real" tarixində Mbappe kimisi olmamışdı - Di Stefanonun rekordu yeniləndi

12:01

Asensio və üç keçmiş "Real"lıya qarşı cinayət işi açıldı

11:43

Konseysau finalda "Bolonya"dan aldıqları məğlubiyyəti belə şərh etdi

11:24

Azərbaycan gimnastları Avropa kubokunda mübarizəyə başlayırlar

11:05

Erik Dayerin yeni klubu bəlli oldu - RƏSMİ

10:46

Yeddi ölkə III MDB Oyunlarında iştirakını rəsmən təsdiqləyib

10:27

Almaniya nəhəngi yeni transfer reallaşdırdı - RƏSMİ

10:08

AFFA rəhbərliyi FIFA-nın Konqresində iştirak edəcək

09:49

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

Facebookdan bizi izləməyi unutmayın.
X