21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının heyəti açıqlanıb.
Fanat.Az-ın məlumatına görə, yığmamız martın 14-dən 29-dək təlim-məşq toplanışında olacaq.
Hazırlıq prosesi Bakıda baş tutacaq. Məşqlərdə 26 futbolçu iştirak edəcək. Onlar arasında AFFA-nın yeni tapıntısı Samet Karakoç da var.
Milliləşən legioner Türkiyədən yığmaya çağırılıb. O, martın 18-dən sonra düşərgəyə qoşulacaq.