Avropa Liqasının 1/8 final mərhələsinin ilk oyunlarından sonra həftənin ən yaxşı futbolçusu açıqlanıb.
Fanat.Az xəbər verir ki, bu ada İngiltərənin "Tottenhem” klubunun hücumçusu Harri Keyn layiq görülüb.
28 yaşlı forvard doğma meydanda Xorvatiyanın "Dinamo"nu (Zaqreb) 2:0 hesabı ilə yendikləri matçda hər iki qolun müəllifi olub.
Avroliqada həftənin ən yaxşısı adına "Ayaks”ın (Niderland) hücumçusu Duşan Tadiç, "Qranada”nın (İspaniya) hücumçusu Roberto Soldado və "Roma”nın (İtaliya) yarımmüdafiəçisi Lorentso Pelleqrini də namizəd idi.