Avropa Liqasının yarımfinal mərhələsinin ilk oyunlarını idarə edəcək hakimlərin adı açıqlanıb.
Fanat.Az xəbər verir ki, bu barədə UEFA-nın rəsmi saytı məlumat yayıb.
"Vilyarreal" - "Arsenal" görüşünü portuqaliyalı referi Artur Dias idarə edəcək. Ona Ruy Tavareş və Paulu Soareş köməklik edəcəklər. Dördüncü hakim funksiyasını Tyaqu Martinş yerinə yetirəcək.
"Mançester Yunayted" - "Roma" matçına isə İspaniyadan olan hakimlər briqadası təyin olunub. Karlos del Serronun başçılıq etdiyi dəstədə köməkçi hakimlər qismində Xuan Yuste və Roberto Alonso yer alıb. Oyunun ehtiyat hakimi Xesus Xil Mansanodur.
Qeyd edək ki, hər iki matç aprelin 29-u keçiriləcək.
Röya