Bu gün "Səbail” və "Keşlə” klubları arasında yoxlama matçı keçirilib.
Fanat.Az xəbər verir ki, komandalar "Keşlə”nin stadionunda – "ASK Arena”da üz-üzə gəliblər.
16:00-da start götürəcək görüşdə "Səbail" 2:1 hesabı ilə qalib gəlib.
Qeyd edək ki, "Səbail” fasilədən sonra Premyer Liqanın 21-ci turu çərçivəsində "Zirə”ni (aprelin 3-də), "Keşlə” isə "Qarabağ”ı (aprelin 4-də) qəbul edəcək.
Fanat.Az