DÇ-2022-nin seçmə mərhələsi çərçivəsində keçiriləcək Türkiyə - Latviya oyununa azarkeşlərin buraxılmayacaq.
Fanat.Az xəbər verir ki, ötən gün Türkiyə Futbol Federasiyasının (TFF) tərəfdarların matçı canlı izləyə biləcəyi ilə bağlı məlumat yaysa da, qərarını dəyişmək məcburiyyətində qalıb.
Qurumun rəsmi saytının yaydığı məlumata görə, TFF koronavirusla bağlı son statistikadan sonra stadiona məhdud sayda azarkeşlərin buraxılması məsələsini yenidən dəyərləndirib və durumu nəzərə alaraq fikrini dəyişib.
Sabah keçiriləcək Türkiyə - Latviya görüşü Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.