Çempionlar Liqasının 1/4 finalının birinci matçında "Bavariya" PSJ-ni qəbul edib.
Fanat.Az xəbər verir ki, görüş Münhendə "Alyans Arena" stadionunda keçirilib və qonaqların 3:2 hesablı qələbəsi ilə başa çatıb.
Paris klunun hücumçusu Kilian Mbappe bu matçda Çempionlar Liqasının rekorduna imza atıb. Fransalı futbolçu tarixdə bir mövsüm çərçivəsində Çempionlar Liqasının 1/8 finalının səfər matçlarında və 1/4 finalında 5 qol vuran ilk oyunçu olub.
Qeyd edək ki, bu, Mbappenin növbəti uğurudur. Daha əvvəl o, Fransa çempionatında özünün 100-cü qolunu vurub və bu, göstəriciyə nail olan ən gənc futbolçu olub.