UEFA Avropa Liqasında 1/4 final mərhələsinin ilk oyunlarına start verilib.
Fanat.Az xəbər verir ki, 4 qarşılaşmadan yalnız birində qalib müəyyənləşməyib.
Turnirin iddialı komandalarından İngiltərə "Mançester Yunayted"i İspaniyada "Qranada"nı 2:0 hesabı ilə məğlub edib. Qolları 11-ci dəqiqədə Markus Reşford və 90-cı dəqiqədə penaltidən Brunu Fernandeş vurublar.
İngiltərənin digər təmsilçisi "Arsenal" Londonda Çexiyanın "Slaviya" (Praqa) kollektivi ilə matçda qələbəni son dəqiqələrdə əldən verib - 1:1
"Ayaks" Niderlandda İtaliya "Roma"sına 1:2 hesabı ilə uduzub. Görüşdə hesabı 39-cu dəqiqədə Devi Klassenin qolu ilə Amsterdam təmsilçisi açsa da, "canavarlar" 57-ci dəqiqədə Lorenzo Pelleqrininin, 87-ci dəqiqədə isə İbanyesin vurduğu qollarla səfərdə vacib qalibiyyət əldə edib.
İspaniya "Vilyarreal"ı isə Xorvatiyada Zaqreb "Dinamo"suna minimal hesabla qalib gəlib. Qonaqların qoluna 44-cü dəqiqədə penaltidən Jerar Moreno imza atıb.
Avropa Liqası
1/4 final
İlk oyunlar
8 aprel
23.00 Qranada (İspaniya) - Mançester Yunayted (İngiltərə) 0:2
23.00 Arsenal (İngiltərə) - Slaviya Praqa (Çexiya) 1:1
23.00 Ayaks (Niderland) - Roma (İtaliya) 1:2
23.00 Dinamo (Xorvatiya) - Vilyarreal (İspaniya) 0:1