Çempionlar Liqasının 1/4 final mərhələsinin cavab oyunları çərçivəsində keçirilən "Liverpul” (İngiltərə) – "Real” (İspaniya) matçından əvvəl xoşagəlməz hadisə yaşanıb.
Fanat.Az xəbər verir ki, İngiltərə klubunun azarkeşləri "Real”ın avtobusuna daşlar atıblar.
Hadisə nəticəsində xəsarət alan olmayıb, lakin avtobusun şüşəsi sınıb.
Qeyd edək ki, "Liverpul” – "Real” matçı 0:0 hesabı ilə bitib. İlk oyunda 3:1 qalib gələn Madrid təmsilçisi Çempionlar Liqasının yarımfinal mərhələsinə yüksələn tərəf olub.
Fanat.Az