UEFA Çempionlar Liqasında yarımfinal mərhələsinin görüşlərinin oyun cədvəli məlum olub.
Fanat.Az xəbər verir ki, bu barədə UEFA-nın rəsmi saytı məlumat yayıb.
Xəbərə görə, PSJ (Fransa) – "Mançester Siti” matçı isə aprelin 28-də Parisdə keçiriləcək. Komandalar arasındakı cavab matçı bir həftə sonra – 5 mayda İngiltərədə olacaq.
"Real” (İspaniya) – "Çelsi” (İngiltərə) görüşü isə, aprelin 27-də Madriddə oynanılacaq. Komandalar arasındakı cavab matçı mayın 4-də, Londonda olacaq.
Qeyd edək ki, hər iki qarşılaşma saat 23:00-da start götürəcək.
Fanat.Az